Tarix : 2017 Sep 23
Kod 52843

Təbrizin imam cüməsi: Ustad Şəhriyarın inqilabi və dini baxışlarının böyük hissəsi açılmamış qalıb

Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi: “Çoxlu təlaşlar edilməsinə baxmayaraq hələ də Ustad Şəhriyarın inqilabi və dini baxışlarının böyük hissəsi açıqlanmamış qalmışdır”.

AranNews – Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Əli Ali-Haşim “Üçüncü Beynəlxalq Şəhriyar Medalı Festivalında çıxış edərək deyib: “Şübhəsiz, Şəhriyar müasir dövrümüzün elitası sırasındadır. Çünki o, fars ədəbiyyatında müasir şerin yeni formalarını yaradıb təqdim edə bilmişdir. Bu məsələ bir çox mütəxəssis və mütəfəkkirlərin diqqətini çəkmişdir. Belə ki, müasir ədəbiyyatda özünə xüsusi yer tutmuşdur”.

Təbrizin imam cüməsi Şəhriyarın enişli-yoxuşlu həyatından söz açaraq deyib: “Ustad Şəhriyarın həyatı müasir dövrün çoxlu hadisələri ilə yanaşı olmuşdur. Şəhriyar öz şerinin yetkinlik dövründə təcrübə etdiyi önəmli hadisələrdən biri də İslam İnqilabının qələbəsi idi. O zaman Şəhriyarın ömür dəftərinin yarpaqları 70-i ötmüşdü. Bir çox inqilabçılar Şəhriyarın fasid şah rejimimi əleyhinə yazdığı şerlərini yazaraq özləri ilə gəzdirirdilər”.

Höccətül-islam vəl-müslimin Ali-Haşim xatırladıb: “Bu baxımdan Şəhriyarın şerlərinin çoxu dini və inqilabi qruplara bölmək lazımdır”.

Festivalın natiqi Şəhriyarın vilayətə dərin bağlılığını önə çəkərək deyib: “Bu məsələ onun Əhli-beyti (ə) və vilayəti tanıtmaqda təhlükəli missiyanı ən yaxşı şəkildə başa çatdırmasına səbəb oldu”.

O əlavə edib: “Məşhur “Əli, ey hümayi rəhmət” şeri vilayətçi şairin Əhli-beytə (ə) sonsuz məhəbbətini göstərən əsərlərinin yalnız biridir. Şəhriyarın şerləri ilə tanış olanlar və onun əsərlərinin külliyyatı ilə mənus olanlar bilirlər ki, Şəhriyarın şerlərinin çoxu Əhli-beytin (ə) şənində yazılmışdır və o, bu məqsədlə çoxlu sayda şer səpkilərini əsas tutmuş, onlardan faydalanmışdır”.

İmam cümə Şəhriyarın şerlərinin bu cəhətdən də diqqəti çəkən olmasını bəyan edərək deyib: “Xalq Şəhriyarın şerləri ilə mənus olmuşdur. Habelə, bir çox insanlar məhərrəm ayını Ustadın ürəkyandırıcı şerləri ilə başlayırlar”.

Xətib nitqinin davamında deyib: “Özü şer aləmi ilə tanış olan Ali Məqamlı Rəhbər həmişə Şəhriyarı tərifləmiş və buyurmuşdur: “Şəhriyar İnqilab üçün şer dediyi vaxtlar onunla qabaqcadan tanış olan hökumət adamları onu məzəmmət və təhdid edir, inqilab üçün şer yazmamasını tələb edirdilər. Lakin Şəhriyar onların qarşısında dağ kimi dayanmışdı”.

Ali-Haşim vurğulayıb: “Şəhriyar inqilaba ürək yandırırdı. Ustad Şəhriyarın uca tutulması üçün Şer və Ədəbiyyat gününün onun adına adlanması çox yerində atılmış bir addımdır”.

Xətib şairin müqəddəs müdafiə dövründə yazdığı şerlərə də işarə edərək deyib: “Səddam rejiminin İran əleyhinə başlatdığı müharibədə də Şəhriyar sakit oturmadı, qələminin iti ucunu müharibənin səbəbkarlarına tərəf tuşladı. Şəhriyarın bu müharibə mövzusunda yazdığı şerlər bir xəzinədir. O, bu şerlərində imperializmin İran xalqına qarşı etdiklərini qələmə almış və gələcək nəsilə göstərmişdir”.

Seyid Məhəmməd Əli Ali-Haşim bəyan edib ki, Şəhriyar Heydərbaba dağı ətrafında pərvaz etməklə Azərbaycan ədəbiyyatında parladı və iftixarlı yer tutdu. Şəhriyarın digər bir özəlliyi də onun öz ana vətəni olan Azərbaycana bənzərsiz sevgi bəsləməsi idi. Ona görə də görkəmli şairin adı Azərbaycanın iftixarları sırasında tarixə düşdü.

İmam cümə deyib: “Azəri dillilər arasında Heydərbaba poemasından bir neçə beyti əzbər bilməyən tapılmaz. Heydərbaba insanı uşaqlıq çağlarına aparan ürək sözləridir və Şəhriyar bu şerdə çox məharət göstərmişdir”.

Vəliyyi-fəqihin nümayəndəsi deyib ki, Ustad Şəhriyar doğrudan da dinin, vilayətin və vətənin aşiqi idi. Bu həqiqəti onun dillər əzbəri olan şerlərində görmək olar.

O, əlavə edib: “Ustad Şəhriyarın inqilabi və dini baxışlarının böyük bir hissəsi açılmamışdır. Şəhriyar oyaqlıq və bəsirət şairidir. Çünki onun şerləri xalqın böyük hissəsini oyada bildi. Onun bir beytinin yaratdığı təhrik və güc bir kitaba sığmır”.

  • Yazılıb
  • da (də) 2017 Sep 23
  • Göndərən مدير سايت Aran News