Tarix : 2008 Nov 29
Kod 8946

Naxçıvan Muxtar Respublikası

.
Azərbaycan servisi/Aran Agentliyi
Naxçıvan Muxtar Respublikası
Yazıçı:Dr. Bəhram Əmirəhmədian
Xülasə
Birinci dünya müharibəsindən sonra bölgəsi iki imperiyanın(Osmanlı və Rusiya) barışmasına səbəb Naxçıvan olmuşdur. Dünyada qeyri-bərabər parçalanma bu dövrə aiddir.Ermənistanın təşkil tapması və cənubdan İranın şimal sərhədlərinə qədər uzunması səbəb olub ki, şərqdə olan Azərbaycan, qərbdə isə Naxçıvan bir-birlərindən ayrılsınlar.
Bu qeyri-normal geopolitik hadisə 70 ildən sonra məntəqədə bir böhrana səbəb olub.Naxçıvan və Qarabağ cənubi Qafqazda, Osetiya və Abxaziya şimali və qərbi Qafqazda Qafqazın böhranı bölgələridir.buna görə də bu ərazilər Sovet dövründə muxtar respublika şəklində idarə olmuşdular. Naxçıvan respublikası Qafqazın cənubunda yerləşir.şərq və şimladan Ermənistanla, Qərbdən Türkiyə ilə və Cənubdan İranla qonşudur.bu ölkənin sahəsi 5.500km2 dir(bütöv Azərbaycan respublikasının 6/4 %-ni təşkil edir).
§ Giriş
Naxçıvan muxtar respublikası İranın şimal-qərbində, Qafqazın cənubunda yerləşən quraqlıq bir zonadır. Azərbaycan respublikasına tabe olsa da, coğrafi baxımdan Ana yurdundan, Azərbaycan respublikasından, ayrıdır.şuralar təşkil olduqdan bəri, Azərbaycan Sovet respublikasının tərkibində muxtar respublikası şəkilində idarə olmuşdur.
1988-ci ildən indiyə kimi Qarabağ məsələsinə görə(Azərbaycan-Ermənistan müharibəsinə görə) Azərbaycanın tranzit əlaqəsi Naxçıvanla kəsilib. Sovet dağıldıqdan sonra, bu ərazilərdə sərhəd problemlərin ortaya çıxmasına əsas səbəb mərkəzə tabe olmaları, mərkəzləşdirilmiş planlar və müstəqil dövlətlərin olmaması idi.keçmiş Sovet hakimiyyətində Qafqaz və Orta Asiyanın cənub sərhədləri geopolitika baxımdan böhran bölkələri hesab edilir.hal- hazırda hər iki sərhəddə münaqişə var, o cümlədən cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstan, Mərkəzi Asiyada Tacikistan böhran bölgələri idi və bir müddət bu məntəqənin səbatı pozulmuşdur. İndiki siyasi və iqtisadi strukturu nəzərə alsaq, burada daimi sülhü bərpa etmək qeyri-mümkündür.
Birinci dünya müharibəsindən sonra bölgəsi iki imperiyanın(Osmanlı və Rusiya) barışmasına səbəb Naxçıvan olmuşdur. Dünyada qeyri-bərabər parçalanma bu dövrə aiddir.Ermənistanın təşkil tapması və cənubdan İranın şimal sərhədlərinə qədər uzunması səbəb olub ki, şərqdə olan Azərbaycan, qərbdə isə Naxçıvan bir-birlərindən ayrılsınlar.
Bu qeyri-normal geopolitik hadisə 70 ildən sonra məntəqədə bir böhrana səbəb olub.Naxçıvan və Qarabağ cənubi Qafqazda, Osetiya və Abxaziya şimali və qərbi Qafqazda Qafqazın böhranı bölgələridir.buna görə də bu ərazilər Sovet dövründə muxtar respublika şəklində idarə olmuşdular.
§ Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi
Bu respublika Qafqazın cənubunda yerləşir.şimal və şərqdən Ermənistanla (Sərhəd uzunluğu 246km).qərbdən Türkiyə ilə(11km), cənubdan İranla(204km) həmsərhəddir.bu ölkənin sahəsi 5.500km2 dir (bütöv Azərbaycan respublikasının 6/4 %-ni təşkil edir). Respublikanın uzunluğu şimal-qərbdən cənub-şərqə kimi 158km, şimaldan cənuba 75km-dir.ən yüksək yer 3.904km və alçaq yer isə Araz kənarında yerləşən Zərəni dəmiryol stansiyasıdır, dənizdən yüksəkliyi 600 m-dir.(“Naxçıvan Muxtar Respublikası” səh 9)1989-cu ilin statistikasına görə əhalinin sayı 294 min nəfər idi.bu əhali bütöv Azərbaycanın 4/2 faizini təşkil edirdi. 1992-ci ildə isə əhalinin sayı 310/9 min nəfərdir.
Naxçıvanın 6 rayonu (Babək, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək) var.oranın paytaxtı Naxçıvandır və başqa şəhərləri Culfa, Ordubad və Şərurdur.bu respublikanın 4 qəsəbəsi var, o cümlədən Babək, Şahbuz, Paraqaçay və Heydərabad.bu respublikaya daxil 2 qəsəbə və 207 kənd var(2001).
2001- ci ildə Naxçıvan respublikasında rayonların sahəsi və əhalisi
Rayonun adı
100km2-də rayonun sahəsi
Hər 1000 nəfərə görə rayonun əhalisi
 Mərkəz
Yaşayış məntəqəsi
Bütöv respublikada
5/5
360
Naxçıvan
207
Şərur
1/2
112/0
Şərur
72
Babək
1/2
73/0
Babək
43
Ordubad
1/0
41/3
Ordubad
42
Culfa
1/0
36/6
Culfa
24
Şahbuz
0/9
20/9
Şahbuz
24
Sədərək
0/2
12/2
Heydərabad
3
 
Naxçıvan muxtar respublikası Azərbaycan respublikasına tabedir, ancaq coğrafi baxımdan bu respublikadan ayrı olduğuna görə Muxtar respublika şəklində idarə olunur.
Naxçıvan muxtar respublikası 1924-cü ilin fevral ayının 9-da təsis edildi.son konstitusiyası sovet dövründə 1978-ci ildə təsdiqlənmişdir.
1995-ci ilin noyabr ayının 12-də Azərbaycanda təsdiqlənmiş yeni konstitusiyasına əsasən Naxçıvanın məclisi respublikanın ən yüksək orqanı, icraedici orqanı isə nazirlər kabinetidir.həmçinin muxtar respublikada ali məhkəmə var.Naxçıvan məclisinin konstitusiyasına əsasən respublikanın ən yüksək icraedici şəxsi spikerdir.və Milli məclis tərəfindən spiker seçilir.məclisdə 45 deputat var.icraiyyə komitəsi tərəfindən şəhərlər və qəsəbələr idarə olunur.icraiyyə komitəsinə başçını məclisin spikeri təklif edir və Azərbaycan prezidenti bu təklifi təsdiqlədiyi zaman başçı təyin olunur.spiker, muxtar respublikanın prezidenti vəzifəsindədir.(həmin)
§ Təbii və coğrafi şərait
Naxçıvan muxtar respublikasının ərazisi hamar və dağlıqdır.dənizdən ucalığı 1200- 3900 m-dir.dağlıq ərazının mərkəzində və cənubunda plisun dövrünə aid vulkanik qatları və vulkanik qalıqları mövcuddur.burada mezozoy dövrünə aid qatlar var.şimal-qərb bölgəsində(Sədərək təpəciyində)dovin, kərbonifer, permin, triyas, kərbonata aid qədim qatlar mövcuddur.
Şahbuz və Culfa, orta dağlıq ərazisi(1500-2500 m)hesab edilir.çayların vasitəsilə ayrılan qılıcların, dolaşıq eroziyası var.
Respublikanın uca dağlıq əraziləri(2500-3906 m)şimal-şərq və şərq, cənub-şərq istiqamətlərindədir.bu sıra dağların içərisində dağ düzənlikləri də mövcuddur, o cümlədən Biçəng və Qapıçıq.
bu respublikanın 65 faizi dənizdən 1000(m) ucalıqda yerləşir.bu respublikanın əksər hissəsi”Zəngəzur”, “Dərələyiz” və Araz çayına qədər uzanan bu sıra dağların qolları Ermənistanla həmsərhəddir. “Zəngəzur”sıra dağları Naxçıvanın ən yüksək bölgəsidir.3500(m)dənizdən yüksəkdir.bu respublikanın ən yüksək təpələri bunlardır: “Qapıçıq” 3904(m), “Yağlı dərə”3828(m), “Qazan göl dağ”3814(m), “Sarı dərə”3754(m) və “Dəvə Boynu”3560(m).bu respublikanın ən hündür dağ keçidləri 2346 m(“Biçənk”dərəsi) və 3699 m(“Ay Çonqal”dərəsi)dir.”Dərə ləyiz”sıra dağları bir az alçaqdır.(ən yüksək nöqtəsi 3120 m“Küküdağı”dır.) bu dağlıq ərazidə“Cəhri”çayının cənub hissəsində(Kəçəltəpə dağı 2740 m) hilal şəklində cənuba doğru uzanıb və hündürlüyü getdikcə azalır.
bu respublikanın 13 ərazisini paralel şəklində düzəngahalar əhatə edib. Bu yamaclara Araz düzəngahı deyilir.Sədərək, Şərur, Böyük Düz, Kəngərlu, Naxçıvan, Culfa və Ordubad düzəngahları buraya aiddir.dənizdən ortalama ucalığı 800 m-dir.Naxçıvan respublikasında dəyərli yeraltı sərvətlər var, o cümlədən molibden, mis, polimetal, civə, kobalt, fosforit, kükürd və s.
§ İqlim
Qışda ortalama hava soyuqluğu düzənlikdə 4-6 dərəcə sıfırdan aşağı, dağlıq və yüksək ərazilərdə 8-10 dərəcə sıfırdan aşağı və hətta ondan da aşağı alar.yayda havanın termometri 10-22, 27-28 dərəcədə dəyişkən olur.beləliklə, Azərbaycanın ən yüksək 44 dərəcə və ən az 33 dərəcə olan termometr  bu əraziyə aiddir.bu bölgədə iqlimlərin biri quraqlıq və yarımsəhradır və yayda havalar quru olar.başqa iqlim quraqlıq və biyabanidir.(bu iqlim ucalığı 1100 m olan ərazilərdədir).quru yayların soyuq iqlimi(ucalığı 1000-dən 3000 m)olur və bu respublikada qitə iqlimi də var.
§ Yağıntının miqdarı
illik yağıntılar Araz kənarında 200-300 mm, uca dağlıq ərazilərdə isə 500-800mm-dir.
§ Çaylar
Bu respublikanın çayları Araz ətrafındadır.bu ərazidə bütün çayların uzunluğu(800 kiçik və böyük çay)1/8 min km-dir.çayların içərisində yalnız 11 çayın uzunluğu 26 km-dən çoxdur.bölgənin çaylarını yeraltı sular(47%)və yağıntılar(53%)təşkil edib.bəzi çaylar yayda və yazda tüğyan edir.bu respublikanın ən böyük çayları Araz, Arpa çay, Naxçıvan, Əlincə və Gilandır. enerji istansiyasını işə salmaq üçün və tarlalarda çaylar istifadə edilir və buna görə də çayların çoxu su hövzələrinə çatmırlar.bu respublikada 20 göl var(coxunun sahəsi 10 hektardan azdır).”Batabat” və “Qanlı Göl” gölləri səddə çevrilib.bir sıra yeni göl və süni göl, o cümlədən “Arpa çay”, “Uzunoba”, “Nəhrum”, “Qahab” və “Xok” suvarmaq üçün su kanalların vasitəsi ilə əmələ gəliblər. Araz səddi iki ölkənin arasında(İran və Naxçıvan respulikası)yerləşir və ortaq şəkildə istifadə edilir.
Naxçıvan ölkəsi mineral suların muzeyidir.”Naxçıvan” çayının ətrafında çay, “Badamlı” bulağı, “Sirab” bulağı, “Darıdağ”, “Cuğa” və “Əlincə” çayının yuxarı hissəsində çay və mineral suların əhəmiyyəti çoxdur.bu respublikada 200-dən artıq mineral bulaqlar(Darıdağ, Badamlı, Sirab, Vayxır, Nəhəcir, Qahab)mövcuddur.
§ Torpaqlar
Arazın hamar sahilinin və alçaq dağların(ucalığı 1500 m-ə kimi)torpaqları sarı, açıq-sarı, sarı qəhvəyi, şabalıdı və açıq-şabalıdıdır.orta ucalığı olan(1500-2400 m)dağlıq ərazilərin torpaqları şabalıdı-dağlıq, şabalıdı-açıq dağlıq, dağlıq-qəhvəyi və başqa növ torpaqlar mövcuddur.yüksək hündürlüyü olan(2400 m) dağlıq ərzilərin torpaqları qəhvəyi-yaşıl, Qəhvəyi-dağlıqdır. dağların və sıldırımların nəticəsində bəzi sahələrdə torpaq eroziyası baş verib.
§ Geologiya
Naxçıvan bölgəsi 8 bal zonasında(Sovet dövründə seysmoqraf mərkəzi)yerləşir.müxtəlif zamanlarda burada zəlzələrər olub, o cümlədən 1906, 1830, 1840, 1846, 1850-ci illərdəki zəlzələlər.”Zəngəzur” sıra dağlarının cənub-qərbi isə 9 bal zonasında yerləşir.”Kuku”dağında 9 bal zəlzələ baş vermişdir.alçaq dağlıq ərazilərdə(500 m-ə kimi) eroziya prosesinin böyük rolu var.burada alçaq dağlar, yamaclı düzənliklər və qumlar mövcuddur.ətraf ərazilərdə ”İlan”dağ və “Nəhacir” əhəmiyyətlidir.
§ Flora(Bitki örtüyü)
Naxçıvan bölgəsi yayda quru iqlimə malik olduğuna görə quraqlıqdır və bitkiləri azdır.3000 m-dən çox hündürlüyü olan ərazilərdə yarım dağlıq(Alp) çöllük və düzəngahlar mövcuddur.
Bürkülü dağ döşlərindəki kiçik meşələr qorunublar.bu meşələrin bitki örtüsünü şərq palıdlarıdır.bunları “Naxçıvan və Əlincə”çaylarının yuxarı hissəsində görmək olar.
orta və alçaq dağlıq ərazilərdə əhali üzümçülük, tütünçuluq, bağdarçılıq və heyvandarlıqla məşquldur. yüksək düzəngahlar yay fəslində otlamaq üçün istifadə edilir.
Araz kənarı və alçaq ərzilərin(600-1200 m)bitkiləri biyabanı və yarı-biyabanıdır.”Naxçıvan”çayının ətrafı(Bəyçənk kəndinin ətrafı), bəzi vaxtlar “Gilan və Əlincə”çaylarında(1800-2400 m)parka bənzər kiçik meşələrin(ağacları palıd, əzgil və s.)bütöv sahəsi 2200 hektardır(1982).
Respublikanın heyvanlarından dağ keçisi, qəhvəyi ayı, tülkü, kirpi, vəhşi pişik və s. quşları isə qaranquş, kəklik və başqalarıdır.Ordubadda təbii park var.
§ Əhali
1924-cü ildə Naxçıvan muxtar respublikasında əhalinin sayı 90 min nəfər idi.1939-cu ildə 126.700, 1959-cu ildə 141.400, 1970-ci ildə 202 min nəfər, 1979-cu ildə 240.459 nəfər və 1989-cu ildə 293. 875 nəfər idi.2001-ci ilin yanvar ayında bu respublikanın əhalisi 360 min nəfərə çatıb.1989-ci ildə bütöv respublikanın əhalisindən 95/5 % azərbaycanlı, ruslar 1/3 % və kürdlər 1/1 % təşkil edir.
1979 və 1978-ci illərdə Naxçıvan Respublikasında əhalinin sayı və etnik qarışığı
1979-cu ilə görə əhalinin artımı
1989-cu ildə etnik qarışığı(faiz)
1989-cu il
1979-cu il
Etnik qarışığı
22/2
100/0
293.875
240.459
Toplam
22/5
95/5
281.807
229.968
Azərbaycanlı
-45/4
0/6
1.858
3.406
Erməni
84/4
1/1
3.127
1.696
Kürd
26/7
2/1
6.138
4.843
Slav
-0/7
1/3
3.782
3.807
Rus
102/3
0/6
1.906
942
Ukraynalı
378/7
0/2
450
94
Belarusiya
 
 
Müxtəlif illərdə Naxçıvan muxtar respublikanda əhalinin say baxımdan dəyişikliyi(min nəfər)
Bütöv faizə  görə
Şəhər və kənd ərazilərinə görə əhalinin sayı
Bütöv əhalinin sayı
İl
Kənd
Şəhər
Kənd
Şəhər
 
 
86/0
14/0
90/2
14/7
104/9
1926
82/2
17/8
104/2
22/5
126/7
1939
72/9
27/1
103/1
38/3
141/4
1959
73/8
26/2
176/3
62/5
238/8
1979
70/2
29/8
206/2
87/7
293/9
1989
73/1
26/9
259/0
95/1
354/1
1999
73/2
26/8
262/0
96/0
358/0
2000
73/3
26/7
264/9
96/6
361/5
2001
73/4
26/6
267/4
97/1
364/5
2002
73/5
26/5
269/8
97/3
367/1
2003
71/5
28/5
264/3
105/5
369/8
2004
70/4
29/6
262/6
110/3
372/9
2005
70/4
29/6
265/7
110/7
376/4
2006
 
§ Naxçıvanın tarixi
Arxeoloji qazıntılar göstərib ki, bu bölgə ən qədim mədəniyyətə sahibdir.bu bölgə (e.ə) 7-8-ci əsrlərdə Manna və Madların tərkibində idi.(e.ə)6-cı əsrdə Əhəmənilərin tərkibində və (e.ə)2-ci əsrdə Atropaten dövlətinə aid idi.birinci əsrdə İran, Hindistan, Orta Asiya və Çinin ticarət yolu buradan keçirmişdir.
Naxçıvanın cənub-qərbində yerləşən tarixi şəhər”Vaspurkan” üçüncü əsrdə Sasanilər tərəfindən fəth edilmişdir.bu ərazini sasanilərin canişini (Mərzbanan)idarə etmişdir.İran və Roma və sonralar İranla şərqi Romanın müharibələrində Naxçıvan işğal edilmişdir.şəhərlərdə ticarət və sənaye inkişaf etmişdir.Qafqaz bölgəsində ilk dəfə olaraq Sasani dövlətinin sikkələri Naxçıvan zərbxanasında zərb edilmişdir.Naxçıvanda çoxlu atəşkədələr mövcuddur.654-cü əsrdə ərəb əmirlərindən biri, Həbib İbn Müslimə bu məntəqni işğal etmişdir.
9-10-cu əsrdə Naxçıvan Sacilər və Salarilər hakimiyyəti altında idi.11 əsrdə Səlcuqilər tərəfindən işğal edildi. Eldəniz hakimiyyəti 12 əsrdə Naxçıvanı işğal etmişdir.bu dövrə aid çoxlu dəyərli memarı əsərlər (saraylar, məscidlər və s.) mövcuddur.Məhəmməd Cəhan Pəhləvanın qadını, Zahidə Xatın, Naxçıvanın hakimi idi.dövlətin xəzinəsi “Əlincə” qalasında qorunmuşdur.monqollar 1221-ci ildə Naxçıvanı işğal  və soltan Cəlaləddin xarəzmşah isə 1225-ci ildə Naxçıvanı fəth etmişdir.bu dövrdə Naxçıvanın hakimi Cəlaliyə Xatın-Məhəmməd Cəhan Pəhləvanın və Zahidə Xatının qızı-idi.İlxanilər dövründə Naxçıvanın xüsusi əhəmiyyəti var idi.
Qazan xanın islahatı Naxçıvana da təsir etmişdir və bu islahat Naxçıvanın inkişafına səbəb olmuşdur.İlxanılərdən sonra Naxçıvanı Çobanilər, feodal Zərin ordusu, Cəlairlər və Müzəffərlər idarə etmişdilər. Teymur 1385-ci ildə Naxçıvana hücum etmiş və 1387-ci ildə “Əlincə”qalasını fəth etmişdir.qalanın qoruçuları 14 il Teymurla müharibə etmişdilər.
14 və 15-ci əsrdə ticarət inkişaf etmişdir.mühüm şəhərləri Naxçıvan, Culfa, Ordubad və Azad(Gilan-Giran)idi.bu dövürdə Naxçıvanın məhsulları taxıl, pambıq, üzüm idi.Naxçıvandan xam ipək, xalça, ləçək yaylıq, mis və saxsı qablar, qiymətli əşyalar qonşu ölkələrə ixrac edilmişdir.
15-ci əsrdə Qaraqoyunlular və Ağqoyunlular Naxçıvanı idarə etmişdilər.1501-ci ildə Qızılbaşlar Şərur bölgəsində Ağqoyunluları məğlub etmiş və hakimiyyət Səfəvilərin əlinə keçmişdir.bu ərazilər 16 və 17-ci əsrlərdə Kəngərlilər tərəfindən idarə edilmişdir.orta əsrlərdə Naxçıvan, Ordubad, Əlincə və başqa yerlərin zərbxanalarında mis və gümüş pullar zərb edilmişdir.
18-ci əsrin ortalarında Qafqazdakı xanlıqlar İrana tabe idi.onlardan biri” Naxçıvan xanlığı”idi.bu qısa zamanda iqtisadiyyat inkişaf etmişdir.1826 və 1828-ci illərdə ikinci İran-Rusiya müharibəsi zamanı Naxçıvan Ruslar tərəfindən işğal edilmişdir.”Türkmənçay”müqaviləsinə əsasən Naxçıvan İrandan ayrıldı.
1841-ci ildə Naxçıvan Gürcüstanın və 1849-cu ildə İrəvanın işğalında idi.Naxçıvan Rusiyanın iqtisadiyyatına daxil olduqdan sonra əkinçilik, xüsusi ilə, pambıqçılıq və baramaçılıq geniş şəkildə yayılmışdır.1837-ci ildə ikinci duz mədəni Sustda açılmışdır.1980-cı ildə Naxçıvanda duzun istehsalı keçmiş illərə görə 10 qat artmışdır.bir necə kiçik toxuçuluq zavodundan başqa böyük zavod Naxçıvanda yox idi.1970-1980-ci illərdə ipəkçilik geniş şəkildə yayılmışdır və bu sahədə Naxçıvanda 30 sex var idi. Naxçıvan xalqı dəfələrlə çar və feodal qüvvələri tərəfindən istismar edilmişdir və bunun nəticəsi olaraq 7/9 % ərazisi xalqın ixtiyarında idi.20-ci əsrin əvvəllərində Naxçıvanın fəhlələri Azərbaycanın çalışqan fəhlələri kimi istibdada qarşı mübarizə etmişdilər.Rusiyanın inqilabı 1905 və 1907-ci illərdə Naxçıvanda fəhlə hərəkati yarandı.”Bənnən yar”, “Qaraxan Bəyli”, “İbrqonis”və “Zinəddin”kəndləri fəhlə hərəkatının silah meydanına çevrilmişdir.”Himmət”adlı bir əncumən təşkil edilmişdir.Burjua inqilabından sonra 1917-ci ildə Naxçıvan və Culfa şəhərlərində, ”Şah taxtı”dəmiryol xəttində şuralar yaranmışdır.
1918-ci ilin aprel ayından mart ayına kimi Naxçıvan burjua tərəfindən idarə edilmişdir.1918-ci ilin yanvar ayında Türkiyənin ordusu Naxçıvana hücum etmişdir. və həmin ilin oktyabr ayında “Müdərris”adlı sazişin imzalanması nəticəsində Türkiyə ordusunu Qafqazdan və Naxçıvandan geri çəkməyə məcbur olmuşdur.1919-cu ilin əvvələrində Naxçıvan İngiltərə tərəfindən işğal edilmişdir.1920-ci ilin əvvəllərində Naxçıvan İngiltərənin, Amerikanın və müsavatçıların ixtiyarında idi.1920-ci ilin iyun ayında Naxçıvanın bolşovikləri, Rusiyadan və Azərbaycandan yardım istədilər.qızıl ordunun köməyi ilə Naxçıvan azad oldu.
Rusiya federasiyasının təzyiqi nəticəsində 1920-ci ilin dekabr ayında Azərbaycanın dövləti, Nəriman Nərimanov, çarəsizlikdən Şərur, Dərələyiz və Zəngəzur rayonlarını Ermənistana bağışladı.
Bu hadisə beynəlxalq səviyədə, xüsusən Atatürkün və bölkədəki əhalinin narazılığa səbəb oldu. Naxçıvan Sosialist Sovet respublikası təşkil olundu.inqilabi komitə, Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. 1921-ci ildə inqilabi komitə Naxçıvanda təşkil olundu.
1923-cü ildə xalqın razılığını əldə etmək üçün Naxçıvan yenidən Azərbaycana verildi.1924-cü ilin fevral ayının 9-da Azərbaycanla Naxçıvanın coğrafi bitişiyi olmadığına görə Azərbaycan Sovet respublikasının tərkibində Naxçıvan muxtar respublikası təşkil olundu. Azərbaycanla Naxçıvan arasında olan coğrafi ayrılıq Zəngəzur mahallının(eni 30 km)bağışlanması nəticəsində ortaya çıxıb.o dövürdə Zəngəzurun əksər əhalisi azərbaycanlı idi.
Martın 16-da Moskvoda Rusiya və Türkiyə arasında imzalanan sazişə əsasən Naxçıvan Azərbaycan respublikasına aid oldu.1924-cü ilin fevral ayının 9-da Azərbaycan respublikasının məclisinin təsdiqlədiyi qanuna əsasən Naxçıvan Azərbaycan respublikasının tərkibində olacaq və muxtar respublikadır.1926-cı ildə Naxçıvan muxtar respublikasının ilk konstitusiyası təsdiqləndi.sovet dövründə Naxçıvanın sənayesi, əkinçiliyi və iqtisadiyyatı genişləndi.sovet dövründə Naxçıvanda əkinçilik, sənaye inkişaf etdi və xalq maarifləndirildi.”İkinci dünya” savaşında Naxçıvanın xalqı başqa xalqlar kimi müharibədə iştirak etdi. Müharibədən sonra Naxçıvan daha inkişaf etdi və dövlət tərəfindən mükafatlandırıldı.
§ Sovetdən sonra Naxçıvanın mövqeyi və Azərbaycanın müstəqilliyi
Hal-hazırda Naxçıvan muxtar respublikası ictimai-siyasi və iqtisadiyyat baxımdan ağır şəraitdədir.bu şəraitin yaranmasına əsas səbəb Ana yurdu Azərbaycandan uzaq olmasıdır.1988-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş müharibənin nəticəsində Azərbaycanla Naxçıvanın tranzit əlaqələi kəsilib və bu əlaqə yalnız İranladır. 1992-ci ilin dekab ayında Huradiz-Culma yolu istifadəyə verilib, uzunluğu 150 km olan bu yol Huradizlə(Azərbaycanın şərqində)Culfanı(Naxçıvanın qərbini və cənubunu)bir-birinə bağlayır. Ermənistanın vasitəsi ilə Naxçıvana köçürülən Azərbaycanın maye qazı və elektirik enerjisi də kəsilib.Naxçıvan elektrik enerjisini İrandan təmin edir.və hətta planda var ki, İran, Naxçıvanın qazını da təmin etsin.1991-1992-ci illərdə Araz çayı üzərindən körpü inşa edildi və bu körpünün vasitəsi ilə dəmiryoluna və avtomobil yoluna imkan yarandı.bu körpü Sədərəkdə (11 km)inşa edilib və Naxçıvanla Türkiyənin əlaqəyəsinə səbəb olub.
İran hissəsində olan Huradız-Culfa yolundan energetika və qaz köçürüləcək və dəmiryolu inşa ediləcəkdir.bu növ əlaqələr İran üçün faydalı ola bilər.belə ki, İran tranzit haqqı almaqla ildə külli miqdarda gəlir əldə edə bilər. Mincavan-Culfa dəmiryolunun bağlanması səbəb olun ki,  İranın əlaqəsi Rusiya, Ukrayn və Avropanın dəmiryolları ilə kəsilsin.
AzərbaycanınTürkiyə və İranla olan iqtisadi əlaqələrinin genişlənməsində Naxçıvan muxtar respublikasının rolu böyükdür.
§ Naxçıvanın iqtisadi vəziyyəti
Naxçıvan əkinçilik və sənaye bölgəsidir.sovet dövründə əkinçilik, mədən, elektrik, metal, inşaat malların istehsalı Naxçıvanın inkişafına səbəb olmuşdur.əhali sovet dövründə üzümçülüklə məşğul olmuş və heyvandarlıq, taxılçılıq geniş şəkildə yayılmışdır.
“Oktyabr” inqilabından öncə ipək, dəri və duz istehsalının sexləri mövcud idi.əkinçilik sahəsi o qədər də inkişaf etməmişdir.sovet dövründə yeraltı sərvətlərin istifadəsi nəticəsində sənaye inkişaf etmiş və müasir dövürdə də inkişaf edir və yeni sənaye yaranır.
§ Sənaye
1924-cu ilə görə bu respublikanın sənaye istehsalı 1971-ci ildə 150 qat artmışdır və 1940-cı ilə görə 14 qat artmışdır.İran və Sovet arasında imzalanan iqtisadi sazişə əsasən(1963/7/27)Araz suyundan və su elektrikasından ortaq şəkildə istifadə etmək üçün Araz səddi edilmişdir.bu respublikanın elektrik enerjisini Ermənistan təmin etmişdir.Respublikanın yanacağını isə başqa respublikalar təmin etmişdir.bu respublikanın iqtisadiyyatında yeraltı sərvətlərin (duz, qurğuşun, sink və gümüş...)rolu böyükdür.bu sənaye Azərbaycanın tələbatına uyğun olaraq genişlənib. metal sənayesi və maşınqayırma zavodu Naxçıvanın iqtisadiyyatında böyük əhəmiyyəti var. Naxçıvanın “Elektrotexink”müəssisəsi respublikanın əhəmiyyətli müəssisələrindən biridir.ətraf rayonlarda kənd təsərrüfatının sexi var.ağac sexlərin içərisində Naxçıvanda yerləşən“Naxçıvan mebel zavodu”əhəmiyyətli zavodlardan biridir.inşaat materiyalları, beton, kərpic zavodu və s. mövcuddur. 1982-ci ildə evqayırma zavodu təsis olunub.bu respublikada qida sənayesi, əkinçilik sənayesi və Ordubadın konservləşdirmə zavodu, içki zavodu və başqa zavodlar bu respublikada fəaliyyət göstərir.və sənaye zavodlarının 50 %-nı təşkil edir.
Qida sənayesində mineral sular zavodu daha əhəmiyyətilidir.bu sırada ət, süd, şirniyyat sexləri də fəaliyyət göstərir.1980-ci ildə “Qıvraq” pendir sexi Şərurda təsis edilmişdir.
Respublikanın sənaye zavodlarının içərisində yüngül sənaye ikinci yeri tutur, o cümlədən Ordubadda ipək zavodu Naxçıvanda geyim zavodu.1982-ci ildə xalça toxuma və qida zavodları təsis edilmişdir.respublikanın başqa sənaye zavodları bunlardır: nəşr, yazı ləvazimatı, şüşə, büllur və metal qabların zavodu.
bu respublikanın əksər sənaye zavodları Naxçıvandadır.
Sovet dövründə Naxçıvan muxtar respublikasında istehsal olunan malların miqdarı
1982
1980
1970
1960
1950
1940
1924
Ölçü vahidi
Məhsulun növü
70/9
73/3
0/5
8/1
2/7
0/6
000
Ton
Elektrik enerjisi milyon kilovat
108/5
104
49
24
10
17
2
Ton
Xam ipək
_____
______
5841
5799
3100
2477
000
Ton
pambıq
963
803
206
84
000
_____
_____
Ton
Yağlı pendir
89
154
231
304
000
000
000
Ton
şirniyyat
31/2
26/0
10/0
4/4
1/8
1/5
_____
Milyon qutu
 
Konserv
104/0
81/8
62/1
55/0
44/5
45/5
18/5
Min ton
Duz
104/8
98/5
37
12/9
000
000
000
Milyon butulka
 
Mineral su
521
319
75
42
000
000
000
10 min litr
 
Üzüm şərabı
*hər bir butulka 0/5litrdir.
§ Əkinçilik
Sovet dövründə Naxçıvan respublikasında 20 kolxoz və 60 salxoz fəaliyyət göstərmişdir.əkinçiliyə münasib olan torpaq sahəsi 148/4 min hektardır.(1982-ci ildə).bu miqdardan 28/1min hektar illik məhsullar, 20/3 min hektar əkin məhsulu, 2/5 min hektar təbii çöllük və 76/6 min hektar təbii yaşıllıq.bu respublikanın 6% ərazisi əkin üçün uyğundur.əkin ərazilərin 90 % düzənlik və hamardır.respublikanın əkinçiliyində süni suvarmanın böyük rolu vardır. suvarmaq üçün 51/4 min hektar sahə mövcuddur.respublikanın bütün ərazisində taxıl, hamar və alçaq təpələrdə tutun əkilir.1975-ci ildən Naxçıvan bölgəsində(indiki Babək)və Şərurda pambıq əkilir.başqa illik məhsullardan biri də tərəvəzdir.tərəvəzin yarıdan çoxu İliçdə əkilir.az miqdarda da kartof əkilir.sovet dövründə üzümçülük daha geniş şəkildə yayılmışdır. 2/3 min hektar 1963-çü ildə 7/3 min hektar və 1982-ci ildə 18 min hektar üzüm əkilmişdir.üzümləri əsasən kişmişə və şəraba istifadə edilmişdir.
Sovet dövründə Naxçıvan muxtar respublikasında əkilmiş ərazi(Vahid: Min hektar)
1982-ci il
1980
1970
1960
1950
1940
Məhsulun növü
25/0
28/4
41/2
46/7
51/4
55/9
Bütöv ərazi
10/4
11/6
42/2
27/4
36/4
38/6
Taxıl
6/3
8/3
17/1
20/9
000
000
Buğda
3/6
2/9
6/5
5/1
000
000
Arpa
0/4
0/1
0/2
0/5
000
000
Dənəli qarğıdalı
0/1
0/2
0/4
0/7
000
000
Dənli bitkilər
1/6
2/8
6/4
7/8
8/3
10/3
Sənaye bitkiləri
_____
______
4/2
000
7/8
9/4
Pamblq
1/6
2/8
2/1
0/9
0/4
0/6
Tutun
1/1
1/9
1/5
1/3
0/8
0/9
Kartof
11/9
12/1
9/1
10/3
5/9
6/1
Yem bitkiləri
 
Naxçıvan muxtar respublikasında bağçılıq geniş şəkildə yayılıb.dövlət təsərrüfatında 2/4 min hektar meyvə bağları var, o cümlədən dənəli meyvələr(ərik, şaftalı, gilas).meyvə bağların 80 % Ordubaddadır.gülçülük də geniş şəkildə yayılıb.
Hamar ərazilərdə ətlik və yun mal-qaralar, dağlıq ərazilərdə ətlik və yun mal-qaraları var idi. bu respublikanın 1983-cü ildə 70/9 min mal-qarası(1924-cu ildə 31/5 min mal-qara var idi)var idi.ondan 25/5 mini camış və südlü inəklərdir.həmçinin həmin ildə 294/2 min kiçik mal-qara(1924-cü ildə 79 min) var idi.respublikada qışlaq və yaylaq əraziləri mövcuddur.bu respublikada quşçuluq da geniş şəkildə yayılmışdır.1983-cü ildə 261 min quş var idi.Babək bölgəsində quşçuluq sexi təsis edilmişdir.bu respublikada baramaçılıq və arıçılıq da var.
Müxtəlif illərdə dövlətə kənd təsərrüfatının satışı(min ton)
1982
1980
1970
1960
1950
1940
Məhsulun növü
7/0
8/8
3/1
3/3
3/4
4/0
Taxıl
____
____
7/9
15/7
17/9
8/5
Pambıq
4/0
6/4
3/1
1/3
0/6
0/4
Tutun
6/7
6/5
0/7
1/3
0/3
____
Tərəvəzlər
73/1
53/9
26/4
4/2
000
000
Üzüm
3/8
3/7
2/1
2/6
1/7
1/1
Ət(diri mal-qara)
14/1
13/2
6/8
5/2
2/0
1/0
Süd məlsulu
0/6
0/5
0/3
0/4
0/2
000
Yun
15/6
15/2
1/6
0/9
0/7
000
Yumurta(milyon ədəd)
 
§ Azərbaycanın müstəqilliyindən sonra Naxçıvanın iqtisadi vəziyyəti
Son zamanlar Azərbaycanda olduğu kimi Naxçıvanda da iqtisadi düzəlişlər sürətlər baş verir.ərazilər xüsusiləşdirilib və əkinçilik ərazisi özəlləşdirilib.
2000-ci ildə Naxçıvanın daxil ümum məhsul istehsalı 430 milyard manat idi, bundan 296 milyard manat(62/5%)təsərrüfat sahəsinə 59/218 milyard manat(14/4%)sənayeyə, 63/390 milyard manat(15/4%)inşaat sahəsinə ayrıldı.nəqliyyat, ticarət, sosiyal xidmət 38/418 milyard manatla bütöv istehsalın 9/4 %-ni təşkil etmişdir.
Həmin ildə qeyri-dövləti daxili ümum məhsul istehsalın 79/1 % idi(sənaye 69%, inşaat 25/1%,təsərrüfat 99/8% sərnişin nəqliyyatı və yük59/7% idi).
Bütövlükdə 2000-ci ilin istehsalı 1999-cu ilə görə 133/5% artıb. 2000-ci ilin sənaye istehsalı 80% qida istehsalından, 13/5% yüngül sənaye və 5/1%inşaat sənayesindən çoxdur. 1998-2000-ci illər arası 15 zavod təmir edilib. 1999-cu ilə görə 2000-ci il alt paltarın istehsalı 2/4, mineral sular 4 qat və inşşatda 109/6% artım müşahidə olunur.
əkin sahəsi 148/4min hektar, bu miqdardan 30 min hektarı əkilib, 21 min hektar ərazi dincə buraxılmış əkin sahəsi, 79 min hektar otlaq və çöllükdür.
Bütöv respublikanın ərazisindən 22 % özəl, 31% bələdiyə, 45% dövlətə aiddir.57/8 min hektar ərazi özəlləşdirilib.respublikada 2/5 min hektar meşə var.
34/9 min hektar əkin ərazisindən 52/4% -da taxıl əkilib.son zamanlar burada qənd çuğunduru da əkilir(İranın köməyi ilə).1992-ci ildən etibarən bu məhsulu hazırlamaq üçün Türkiyəyə göndərilir.
2000-ci ildə kənd təsərrüfatı məhsullarından 54.428 ton taxıl(ötən illərə görə 26/5%artıb), 42.723 ton tərəvəz, 33.567 ton bostan məhsulu, 13.454 ton kartof, 28.444 ton meyvə, 14.015 ton üzüm, 45.499 ton qənd çuğundur istihsal olmuşdur. 1995-ci ilə görə kənd təsərrüfatı məhsulları Naxçıvanda çoxalıb.qənd çuğundurundan 3.525 ton şəkər istehsal olunur və respublikanın ehtiyacını təmin edir.
2001-ci ildə Naxçıvanın əkin sahələrindən 78.291özəl, 165 tarla, 92 müəssisə fəaliyyət göstərmişdir.respublikada 14 əkinçilik sənayesi mövcuddur.2000-ci ildə respublikada 73.480 baş böyük mal-qara, 425.359 baş kiçik mal-qara mövcuddur.
Naxçıvanın nəqliyyat sistemində dəmiryolunun əhəmiyyəti çoxdur.Araz kənarında Bakı-İrəvan dəmiryol xətti vardır.(Naxçıvandan uzunluğu 190 km) 1906-cı ildə İrəvanın Culfa hissəsi və 1941-ci ildə isə Culfa-Naxçıvan(Zəngilan)dəmiryolu istifadəyə verilib. bu xəttdən Culfa-Təbriz dəmiryolu(1916-cı ildə çar dövründə inşa edilmişdir) şaxələnib.1992-ci ildən etibarən Naxçıvanın əlaqəsi Azərbaycan respublikasından və Ermənistanın vasitəsi ilə Sovet dəmiryolundan kəsilib.
2000-ci ildə Naxçıvanın dəmiryolu 43/6 min ton yük və 1/1 milyon nəfər sərnişin daşıyıb.avtomobil və avtobusun vasitəsilə yük və sərnişin daşıma 2/5 milyon ton/km yük və 86/8 milyon nəfər/km sərnişin daşıyıb.hal-hazırda Azərbaycanın 2/6% sənayesi və 3/6% kənd təsərrüfatı Naxçıvan muxtar respublikasında istehsal olunur. Naxçıvan muxtar respublikası quraqlıq olduğu üçün və Azərbaycandan ayrı olduğuna görə(Sovet dövründədə) yeraltı sərvətlərdən istifadə edə bilməmişdir.sovet dövüründə yalnız Naxçıvanın əhalisi və xüsusi icazəsi olan şəxslər bu respublikaya gəl-get edə bilməmişdilər.
Respublikanın bütün ərazisi dağlıqdır.müxtəlif  mineral sərvətləri var və 200 mineral su bulağı mövcuddur.bütöv molibdən və dolumit mədənləri və mineral suların 3/5%-i və Azərbaycanın daş mədənlərinin yarısı Naxçıvandadır.Paraqaçayın metal mədənlərində istehsal olunan konsantre volfram və Gümüşlü mədənlərindən istehsal olunan qurğuşun-sink konsantresi xam mal kimi Azərbaycandan ixrac edilir.”Naxçıvan”və “Nehrəm”mədənlərinin duz ehtiyatları 1 milyard tondur, hətta respublikanın ehtiyacını təmin etmək üçün duzun istehsalına imkanlar yoxdur.
Naxçıvanda mərmər və travərtn istehsal olunur və əhəng, alebastr və fabrikdə düzədilmiş beton istehsal olunur.Respublikada metal qablar, şüşə butulkalar, xalça, corab və geyim istehsal olunur.qida sənayesində, şərab, kompot və tərəvəz, süd və pendirin istehsalı, un zavodu, qablaşdırılmış ət, çörək və başqa mallar istehsal olunur.
Müxtəlif torpaq növü və iqlimi olduğu üçün əkinçilik müxtəlif sahələrdə inkişaf edib.Araz kənarında, dağ ətəkləri və bəzi yarımdağlıq ərazilərdə quru iqlim olduğu üçün əkinçilikdə süni suvarmadan istifadə olunur.
suları səddlərdə saxlanmaq üçün Arpaçay, Sirab səddləri və bir neçə kiçik sədd inşa edilib.sulu ərazilərdə taxıl, üzüm, tutun, meyvə və son illər xina və çuğundur da əkilir.
Naxçıvan respublikasında taxıl və yem geniş şəkildə yayılıb.qərbdə düzəngahlarda və dağ döşlərində üzüm, şərqdə meyvə ağacları, orta ərazilərdə isə tutunçuluq və tərəvəz yetişdirilir. tutun məhsulunun yetişdirməsində Şəki birinci yeri, Naxçıvan isə ikinci yeri tutur.Naxçıvanın 8% meyvəsi Ordubadda yetişdirilir.
Naxçıvanın uyğun şəraiti heyvandarlığa imkan yaradıb.hamar bölgələrdə heyvandarlıq, ətli-südlü heyvanlar dağlıq ərazilərdə ətli-yunlu heyvanlar və südlü qoyunlar mövcudur.bu bölgədə fərqli olaraq məhəlli qoyunlar”Balbas”var.başqa qoyunlara görə bu növ qoyunların həm boyunda, həm də çəkisində fərqlər var.bu ərazilərdə baramaqurdu da yetişdirilir.son zamanlar arçılığın da əhəmiyyəti çoxalıb.Naxçıvan şəhəri, muxtar respublikanın mərkəzi, istər siyasi iqtisadi, istərsə də mədəni baxımndan Naxçıvanın inkişafında böyük rolu olub.böyük zavodlar, universitet, orta məktəblər, texnikumlar, ictimai-mədəni müəssisələr Naxçıvandadır.
Sənaye istehsalının yarıdan çoxu və 2/3 sənaye müəssisəsi Naxçıvan şəhərindədir. ağır sənayedən Naxçıvanın səhmi(Arazın su stansiyası, Elektrotexnik zavodu, alüminium qabların zavodu) 17%-dır. Sənaye məhsulların 70% qida məhsullarına aiddir.şəhərdə böyük zavodlar, o cümlədən tutun, mineral su, şərab, un, qablaşdırılmış ət, şüşə qabların zavodu fəaliyyət göstərir. Sənaye məhsulların 10%-ni geyim istehsalına aiddir ki, yüngül sənaye bölümündə fəaliyyət göstərir.ağac sənayeyi(menbel)və geyim istehsalı əhalinin ehtiyacını təmin edir.
Naxçıvan məntəqənin qədim şəhərlərindəndir.arxeologi qazıntılarda (e.ə)ikinci min illikdən birinci min illiyə aid əşyalat tapılıb.
12-ci əsrdə”Möminə Xatın”günbəzinin memarlığını Əcəmi Naxçıvanı edib.
Naxçıvan muxtar respublikanın ikinci mühüm şəhəri Ordubaddır.bu şəhərin mühüm fəaliyyəti ipək toxumadır. 13 əsrdən etibarən əhali bu peşə ilə məşğul olublar və qida sənayesi də(xüsusi ilə meyvə konservi və tərəvəz)mövcuddur.16-cı əsrdə(Səfəvilər dövründə)avropaya ipək ixrac edilmişdir. Azərbaycanın elmələr akademiyası, incə sənət, məktəblər, mədəniyyət evi və muzeylər Ordubadda fəaliyyət edir. 1977-ci ildə bu şəhər tarixi şəhər kimi qeyd olunub.
§ Naxçıvan muxtar respublikanın inzibati ərazi bölgüsü
1.      Şərur Rayonu
Bu rayon 1930-cu ildə təşkil olunub.1964-cü ilə kimi “Nuraşın”adlanmış və o ildən Azərbaycanın istiqlaliyyətinə qədər “İliç”adlanmışdır.bu bölgə şimal-şərqdən Ermənistanla və şimal-qərbdən Türkiyə ilə, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir.oranın sahəsi 1.316 km2 və 2001-ci ildə əhalinin sayı 112 min nəfər idi.bu bölgənin bir qəsəbəsi və 70 kəndi var.bu şəhərin mərkəzi Şərurdur.mühüm kəndləri bunlardır:
Sədərək, Aşağı Yiyeci, Dəmirçi, Qorxun, Cəlilkənd, Axura, Şəhriyar, Siaquş, Dərvişlər, Yengicə, Xanlıqlar, Pesiyan, Qarabağlar, Qıvraq.
2.      Ordubad Rayonu
Bu rayon 1930-cu ildə təsis edilmişdir, lakin 1963-cü ildə rayon Culfaya tabe edilmişdir.ancaq 1965-ci ildə müstəqil rayon olmuşdur.cənubdan İranla, şimaldan Ermənistanla qonşudur.sahəsi 972 km2 və 2001-ci ildə əhalisi 41/3 min nəfər idi.bu rayonun bir şəhəri, bir qəsəbəsi və 47 kəndi və bir neçə yaşayış məntəqəsi var.şəhərin mərkəzi Ordubaddır. mühüm kəndləri bunlardır:
Norqut, Bist, Nəbəvi, Paraqaçay, Bilov, Yuxarı Azad, Dəstə, Paraqa, Çəkənib, Dirnis, Yuxarı İlis, Vənnəd, Nosnus
Babək Rayonu
Bu rayon 1930-cu ildə təsis edilmişdir.1978-ci ilə kimi “Naxçıvan”adlanmışdır və mərkəzi Babək qəsəbəsi idi.bu rayon şimal-qərbdən Ermənistanla, cənubdan isə İranla həmsərhəddir.sahəsi 1.255km2 əhalisi 2001-ci ildə 73 min nəfər idi.bu rayonun bir qəsəbəsi, 42 kəndi və bir neçə yaşayış məntəqəsi var. mühüm kəndləri bunlardır:
Aşağı Bozquv, Əznəbirət, Sust, Cəhri, Alagözməzrə, Nəzrabad, Sirab, Qahab, ŞeyxMəhmud, Leninabad, Yarımca, Miyas, Nikuabad, Cavidabad, Qaşadizə, Nəhrəm.
Culfa Rayonu
1950-ci ildə təsis edilmişdir.şimal-şərqdən Ermənistanla, cənubdan İranla qonşudur.sahəsi 992 km2, 2001-ci ildə əhalisi 36/6 min nəfər idi.mərkəzi Culfadır.bu rayonda bir şəhər, 23kənd və bir neçə yaşayış məntəqəsi var.Mühüm kəndləri bunlardır:Ərəfsə, Xan Ağa, İbrəqonus, Milax, Şurud, Ərəzinqazinçı, Saltax, Yayçı, Tivar, Kirnə, Cuqa, Nəhəcir
Şahbuz Rayonu
Bu rayon 1930-cu ildə təsis edilmişdir.1963-cü ildə Naxçıvan rayonuna tabe olmuşdur, ancaq 1965-ci ildə yenidən rayon olmuşdur.şimal və şərqdən Ermənistanla qonşudur.sahəsi 813km2əhalisi 2001-ci ildə 20/6 min nəfər və mərkəzi Şahbuz qəsəəsidir.bu rayonda 24 kənd, 1 şəhər və bir neçə yaşayış məntəqəsi var. Mühüm kəndləri bunlardır:
Kuku, Badamlı, Şahbuz, Biçənək, Sələsuz, Keçili, Gömür, Mahmudoba, Kulus, Kolanı, Norəs.
Sədərək Rayonu
Bu yeni rayon Naxçıvan muxtar respublikanın şimal-qərbində yerləşir və cənubdan uzunluğu 11 km, Türkiyə ilə həmsərhəddir.şimaldan isə Ermənistanla qonşudur.3 kəndi və 1 qəsəbəsi var.sahəsi 200km2 əhalisi 2001-ci ildə 12/2 min nəfər idi.mərkəzi Heydərabad qəsəbəsidir.
§ Naxçıvanın problemləri
Coğrafi sahədən yaranmış problemləri bir neçə yerə ayırmaq olar:
1.İqtisadi
Naxçıvan respublikası iqtisadi bazaya malik olmasına baxmayaraq hal-hazırda kasıb bir ölkədir. Naxçıvan xam mal, tutun və pambıq(1970-ci ilə kimi 6min ton), ipək(109 ton) və qida istehsal etmişdir. 31 milyon ton konserv, duz 104 min ton, şərab 5/21 milyon litr, 105 milyon bütulka mineral su istehsal etmə imkanı var idi.bu mallar Sovet respublikalarına ixrac edilmişdir.ancaq bu malların satışından gələn gəlirin az hissəsi bu respublikayaya aid idi.çünki malların qiymətini mərkəz(Rusiya)təyin etmişdir.bu respublikada 12 şərab zavodu fəaliyyət etmişdir.
Həmin məqsədə uyğun olaraq, əkin sahələrində yalnız üzüm əkildi və respublikanı iqtisadi baxımdan dəyişdirdi.belə ki, 1960-cı ildə 2/3 min hektar olan üzüm sahəsi, 1982-ci ildə 18 min hektara çatdırılmışdır(8 qat olmuşdur). Bu məsələ əkinçiliyə çoxlu ziyanlar vurmuşdur.1940-cı ildə 38/6 min hektar olan taxil sahəsi, 1982-ci ildə 10/4 min hektar azalmışdır.
1940-cı ildə taxıl 4 min hektar, 1982-ci ildə 7 min ton olmuşdur(4 ilin içərisində 2 qat artmışdır).1939-cu ildə bu respublikanın əhalisi 127 min nəfər idi və 1989-cu ildə 294 min nəfər olmuşdur(2 qat çox).halbuki, respublikanın ən çox taxıl istehsalı 23 kiloqram idi və ortalama illik istifadə 180 kiloqramdır.beleliklə Naxçıvanın iqtisadi zəifliyini başa düşmək olar və əgər Ermənistan tərəfindən mühasirə olunsa, bu respublikada çoxlu problemlər ortaya çıxacaq. xalqın taxıla olan tələbatını təmin etmək üçün ildə 50 min ton taxıl ölkəyə idxal edilməlidir.
Bu respublikada 76/4 min hektar otlaq var.bu ərazi Zəngəzurun yüksəkliyində və Ermənistanla həmsərhəddədir.Ermənistanla münaqişədə olduğularına görə bu ərazilərdən istifadə etmək təhlükəlidir.
Mövcud məlumata əsasən(Keyhan agentliyi 71/4/20)əkinçilərin 80% gəliri əkinə xərc edilir.dövlət yalnız məhsulları az miqdar pulla alır və bu da əkinçiləri qane etməyir.çünki qara bazar onların bütün pullarını alır.gündən-günə qiymət artımı səbəb olub ki, xalqın almaq gücü zəifləsin.xalq banklara inanmır və pulları olduğu zaman qara bazarda istifadə edirlər.dövlətin xidmət sahələrindən başqa bütün malların qiyməti artıb.dövlət mağazaları boşdur və xalq tələbatını qara bazardan təmin edir.Naxçıvan Ermənistan tərəfindən işğal edildikdən sonra Azərbaycanla əlaqəsi kəsildi.və bu zamanlar İran İslam Respublikası bu respublikaya çoxlu yardımlar etdi.son məlumatlara əsasən xalqın qida ehtiyacları əsasən İrandan təmin olunur.Naxçıvan xalqı 1370(1991-ci ilin)sonlarında Ermənistanın mühasirəsində olduğu zaman ehtiyaclarını İrandan təmin etmişdir və buna görə də Naxçıvanın və Azərbaycanın dövlət məqamları dəfələrlə İrandan təşəkkür ediblər.
1371-ci ilin dey ayında İran-Naxçıvan arasında imzalanan iqtisadı sazişə əsasən ortaq sərhəd bazarı yarandı.bu bazarın sahəsi 20 min m2, binövrəsi 1100 m2 və xərci 120 milyon riyal nəzərdə tutulub. 14/1/72-ci ildə 30 ticarət mərkəzi olan bu ortaq bazar istifadəyə verilib.
Naxçıvanın yeraltı enerji sərvəti yoxdur. Naxçıvan sovet dövründə Ermənistanın vasitəsi ilə enerjisini Azərbaycandan təmin etmişdir.Azərbaycan-Ermənistan münaqişəsinə görə Naxçıvanın əlaqəsi Coğrafi baxımdan Azərbaycanla əlaqəsi olmadığına görə Azərbaycandan Naxçıvana gələn neft və qaz enerjisi kəsilib.1980-cı ildə Azərbaycanın qazı Yevlax-Laçının(Qarabağ məntəqəsi)vasitəsi ilə Naxçıvana verilmişdir.hal-hazırda enerjinin verilməsi dayandırılıb.Araz səddinin su stansiyasında 71 milyon kilovat istehsal olunan elktrik enerjisi yalnız Naxçıvana aiddir.bu az miqdar elektrik enerjisi yalnız şəhərlərin və kəndlərin işığını təmin edə bilir.
Respublikanın zəngin mineral sərvəti var.respublikanın 23 %ərazisini dağlar təşkil edib.burada çoxlu metal və metala bənzər mədənlər mövcuddur.respublikada dəyərli daş mədənləri var.bu mədənlərdən istifadə etmək üçün külli miqdarda maliyə sərmayə lazımdır.
Naxçıvan İranla iqtisadi əməkdaşlıq etsə, çoxlu problemləri ortadan qaldıra bilər.bu respublikada təcrübəli işçilər və müxtəlif zavodlar var və bir sıra problemlərə görə bunlardan istifadə edə bilmir.İranla iqtisadı əməkdaşlıq etməklə əkinçilik sahəsi inkişaf edə bilər.suvarma kanalları nisbətən yaxşıdır.son zamanlar Qərbi Azərbaycanın kənd təsərrüfatı üzrə nazirin vasitəsilə  “Şərur”un 200 hektar ərazisində qənd cuğunduru əkildi.bu arada əkinçilərə qənd çuğundurunun yetişdirilməsi öyrədilir.
Türk tacirlərin və işçilərin Naxçıvana axını səbəb olub ki, bu ölkənin xüsusi müəssisələri mis, alüminium,gümüş mədənlərində sərmayə qoysunlar.türkələr nəqliyyatın vasitəsi ilə Naxçıvanın sərvətlərini az miqdar pulla qarət edirlər və hər hansı bir maneyəyə rast gəldikləri zaman rüşvətlə məsələni həll edirlər.
2.Nəqliyyat və Əlaqələr
Ermənistanın vasitəsilə Naxçıvanın əlaqəsi Azərbaycanla kəsilib.bu yol Naxçıvandan şimala doğru “Sisiyan”a(Ermənistanda) və oradan Qarabağa və Qarabağdan Ağdama çəkilmişdir.Ağdamda yollar şərqə(Bakı), Azərbaycanın cənub və şimalına ayrılmışdır.
Avtomobil nəqliyyatı da geniş şəkildə yayılmışdır.mühüm yollardan biri “Naxçıvan-Laçın-Yevlax”və”Naxçıvan-İrəvan”idi.hər iki yol müharibə zamanından(1990)bəri bağlıdır.bu Naxçıvanın Azərbaycanla əlaqəsi bu iki yolun vasitəsi ilə(şose və dəmiryol)olmuşdur və bu yollar respublikanın şərqindən və Ermənistanın daxilindən keçmişdir.
Başqa bir yol da cənubda var idi.bu yol bütöv Qafqazın dəmiryolu idi.bu dəmiryolu Bakıdan Ermənistanın cənubuna, Naxçıvanın cənubuna və oradan İrəvana və Tiflisdən Qara dənizə kimi uzanmışdır.bu respublikada dəmiryolun və nəqliyyatın daha çox əhəmiyyəti var idi.hal-hazırda Ermənistan və Azərbaycan münaqişəsinə görə bu dəmiryol bağlıdır.Bakı-İrəvan dəmiryolu Araz çayından və bu respublikadan keçir.bu yolun 190 km-i respublikadan keçir.1906-cı ildə Culfa-İrəvan və 1941-ci ildə Culfa-Naxçıvan(Zəngilanda)yolu istifadəyə verilmişdir.1916-cı ildə Culfa-Təbriz yolu çar dövründə inşa idilmişdir.
İndi Ermənistan hissəsində olan bu yolar bağlıdır.İranın dəmiryolu Culfa stansiyasından( Naxçıvandan) Sovet dəmiryoluna bağlanmışdır.mövcud səbəblərə görə İran-Azərbaycan dəmiryolu bağlıdır.Naxçıvan məcburiyyət qarşısında qalaraq “Culfa” körpüsündən və “Sənəm bulağı” adlı körpüdən istifadə edərək İrana və oradan Xudaafərin, Aslanduz, Biləsuvar ya Astaranın vasitəsilə Azərbaycanla əlaqə yaradır. 1386-cı ilin mehr ayında Azərbaycan prezidenti İran və Naxçıvan arasında olan “ŞahTaxtı-Poldəşt”körpüsünü istifadə verdi. Və bu körpünün vasitəsi ilə İran-Naxçıvanın iqtisadi əlaqələri daha genişləndi.
İranın şimalından hava yoların vasitəsilə iki respublika bir-birləri ilə əlaqə yaradır.Naxçıvanın nəqliyyatında dəmiryolu daha əhəmiyyətlidir. Bakı-İrəvan dəmiryolundan (190 km)-i Araz sahilindən və bu respublikadan keçir.bu yol 1988-ci ildən etibarən bağlıdır.
Naxçıvanın başaqa həmsərhəd ölkələrlə əlaqəsi Türkiyə və Ermənistanladır.qeyd edildiyi kimi Naxçıvanın Ermənistanla heç bir əlaqəsi yoxdur.Türkiyə ilə əlaqə “Sədərək”körpüsünün vasitəsilədir.bu körpü 1370(1991)-ci ildə Sədərəkdə inşa edilib.
§ Poldəşt-Şah Taxtı Körpüsü
1)      Araz səddinin üstündə Poldəşt-ŞahTaxtı körpüsünün açılışı
25/7/1386-cı ildə qərbi Azərbaycanda Araz səddinin üstündə Poldəşt-Şah Taxtı körpüsü İran prezidentinin birinci müavini və Azərbaycan prezidentinin(Xəzəryanı ölkələrin ikinci iclasında iştirak etdiyi üçün İranda idi.)iştiraki ilə açıldı.bu körpü Araz çayının üstündə və Poldəşt-Şah Taxtı yolunda inşa edilib.bu körpü İran İslam respublikasının ərazisində olan şəhəri“Poldəşt”i Naxçıvan muxtar respublikasının”Şah Taxtı”şəhərinə bağlayır.bu körpünün xərci 3.600.000 dollar idi.bu körpü İran və Azərbaycanın iştiraki ilə qərbi Azərbaycanın naqliyyat nazirinin vasitəsi ilə inşa edilmişdir.xatırlatmalıyam ki, bu körpünün inşasına iki il zaman ayrılmışdır.1
Bu körpünün uzunluğu Poldəştə qədər 164 m və 1.237 m yolu, Naxçıvan muxtar respublikasından 300 m içərilikdə düzədilib və İranlı mütəxəssislər bu körpünü inşa ediblər. Poldəşt-Şah Taxtı körpüsü iki il ərzində bərpa olunub və bu körpüyə İran –Azərbaycan 40 milyard riyaldan çox sərmayə qoyublar.
Azərbaycan prezidenti bu körpünün açılışında dedi:- iki ölkənin əlaqələrinin genişlənməsində bu körpünün böyük rolu var və məntəqədəki böyük və faydalı layihələrdən biridir.
İlaham Əliyev artırdı:- iki il bundan öncə Cənab Əhmədinejadla bərabər Araz çayının altından keçən İran qazının köçürülmə xəttinin açılışına şahid oldum və indi bu çayın üstündə körpünün inşasına şahiddik.biz iki ölkə bir-birimizlə dostuq və heç bir ölkə dostluğumuza mənfi təsir edə bilməz.
prezidentimizin birinci müavini ise dedi:- iki ölkənin iqtisadi əlaqələrinin genişlənməsinə körpünün rolu böyükdür.ticarəti, idxal və ixrac işi asanlaşdıracaqdır.Davudi artırdı ki, bu körpü iki xalqın, İran və Azərbaycanın dostluq və birlik rəmzidir.
İran prezidentinin birinci müavini “Xəzəryanı ölkələrin“iclasını müsbət dəyərləndirərək artırdı:-bu iclasda qərara gəldik ki, Xəzərdə şimal-cənub yolu inşa edilsin və bu layihə böyük iqtisadi uğurlar gətirəcəkdir.o, xatırlatdı ki, bu alış-verişdə(ticarətdə)Azərbaycan respublikası təyinedicidir.Azərbaycan-İran əlaqələrinin genişlənməsi daha mühümdür.prezidentin birinci müavini dedi:- İran İslam respublikası qonşu ölkələrlə, xüsusi ilə Azərbaycan respublikası ilə əlaqəsinin möhkəm olmasını, Poldəşt-Şah Taxtı körpüsü göstərir2.
2)      Körpünün inşa edilmə prosesi
15/9/1383-cü ildə qərbi Azərbaycanın valisi, Araz səddi üzərində “Poldəşt-Şah Taxtı” körpüsünün ilk külüngünü vurdu.
Qərbi Azərbaycanın valisi və bu rayonun bir sıra dövlət məmurları Naxçıvan muxtar respublikasına səfər etdilər və İran İslam respublikasındakı Azərbaycan səfiri, Milli məclisin spkeri Talıbovun iştiraki ilə bu layihə icra edildi.bu layihənin tədqiqi 1376(1997)-cı ildə iki ölkənin razılığı əsasında İran İslam Respublikasının Nəqliyyat naziri tərəfindən başlandı və 1383-cü ildə(2004) araşdırmalar sona çatdı.bu körpünün uzunluğu 164( m) iki ölkənin iştiraki ilə 3.600.000 dollar sərmayə ilə inşa edilib.3
3)      Poldəşt-Şah Taxtı körpüsünün inşa edilməsi
Bu körpünün inşasına 21/9/1383-cü ildə başlandı.”İrna”-nın məlumatına əsasən külüngün vurulmasında Naxçıvanın Milli məclisinin spkeri Talıbov və qərbi Azərbaycanın valisi Cəmşid Ənsari və iki ölkənin dövlət məmurları iştirak etmişdir.
Vasif Talıbov bu mərasimdə dedi:-ümid edirik bu körpünü inşa etməklə iki dost, qardaş qonşu ölkə iqtisadi, elmi və mədəni sahələrdə əlaqələri genişlənsin.
O vurğuladı ki, bu körpünün yaradılması Heydər Əliyevin ən böyük arzusu idi.ümid edirik təyin olunmuş tarixdə körpünün açılışı olsun.
Qərbi Azərbaycanın valisi dedi:-İran və Azərbaycan bir xalq iki dövlətdir.ötən iki ildə əlaqələr genişlənib və Cənab Xatəminin səfərindən sonra bu əlaqələr daha da genişlənib.bu körpünün düzəlişi iki ölkənin əlaqələrini müxtəlif sahələrdə genişləndirəcəkdir.
§ Naxçıvan Muxtar Respublikasına Azərbaycan qazının köçürülməsi
İran və Azərbaycan respublikası arasında imzalanan qaz mübadiləsinin sazişindən məqsəd Naxçıvanın qazını təmin etmək və bu saziş 52 il etibarlıdır.bu sazişə əsasən Azərbaycan 2005-ci ildə İrana 80 milyon m3 və tədricən 2009-cu ildə 402/5 milyon m3 qaz verməlidir.İran 2005-ci ildə Naxçıvana 70 milyon m3 və tədricən 2009-cu ildə 305 milyon m3 qaz verməlidir.bu saziş İranın keçmiş prezidenti Xatəminin dövüründə imzalanmışdır. Bu müqaviləyə əsasən Azərbaycan respublikası 2005-ci ilin sonuna qədər 80 milyon 500 min m3 İrana təbii qaz verməli və onun qarşısında İran aldığı qazın 15 % mübadilə haqqı götürməli və qalan hissəni Naxçıvana verməlidir.
İran prezidenti, Cənab Mahmud Əhmədinejad bu layihəni icra etmək üçün 2005-ci ilin dekabr ayının 20-də Naxçıvan muxtar respublikasna səfər etdi.İran prezidentini rəsmi şəkildə İlam Əliyev qarşıladı.Cənab prezident bu layihədən başqa Azərbaycan prezidenti ilə də görüşdü və bu görüşlərdən sonra enerji sahəsində saziş imzalandı.İran prezidenti jurnalistlərlə müsahibədə dedi:-Azərbaycanın müstəqilliyi və inkişafi İranın inkişafi və müstəqiliyidir.və artırdı:”İran dost və qardaş ölkəsi olan Azərbaycanla əlaqələrin genişlənməsinə heç bir məhdudiyyət qoymur”(“BBS”saytı, çərşənbə axşamı 2005-ci ilin dekabr ayının 20).
Prezident danışıqlarında nəqliyyat, enerji və neft, elmi - mədəni, siyasi və məntəqə və beynəlxalq shələrdə əlaqələrin inkişaf etdirilməsini elan etdi.Naxçıvanın məhəlli və şəhri nəqliyyat dövlətə tabedir. 90% nəqliyyat sistemində yanacağın olmaması və nəzatsizlik səbəb olub ki,  nəqliyyat sisteminin əksəriyyəti yarım tətil vəziyyətədə olsun.
Respublikada avtomobilər, yük maşınlar və avtobuslar köhnə olduğu üçün və ehtiyyat hissələrin olmaması nəqliyyatı yarasız vəziyyətə gətirib çıxarıb.buna görə də xalqın ehtiyacını ödəmək üçün hər gün İrandan onlarla yük maşını gida, yanacaq və mal respublikaya aparır.
§ Gigiyena
1913-cü ildə Naxçıvanda bir xəstəxana, 20 çarpayı ilə var idi. malyariya, yatalaq, traxoma xəstəlikləri geniş şəkildə yayılmışdır.sovet hakimiyyəti bərpa olduqdan sonra qeyd olunmuş xəstəliklər aradan qaldırıldı.
80-ci illərin əvvəllərində Naxçıvanda 41 gigiyana müssisəsi və xəstəxanası 2.480 çarpayı ilə fəaliyyət göstərmişdir.halbuki 1940-cı ildə 14 gigiyana müssisəsi 399 çarpayı ilə fəaliyyət etmişdir.Naxçıvanda 6 ümumi gigiyana, 147 ailə və uşaq poliklinika, 6 yolxucu poliklinika, 579 nəfər həkim(1940-cı ildə 58 həkim var idi).və 1.782 nəfər əmək gigiyenası var idi.
1998-ci ildə 800 həkim(hər min nəfərə 21/5 həkim)2.591 nəfər xəstəxana işçisi fəaliyyət göstərmişdir.Muxtar respublikada 56 xəstəxana, 3.870 çarpayı(hər min nəfərə 103/7 çarpayı)mövcud idi.həmiçinin 62 aptek var idi.Respublikanın müxtəlif ərazilərin gigiyena mərkəzləri və xəstəxanalar fəaliyyət göstərir.
§ Maarifləndirmə və Təhsil
Sovet hakimiyyətindən öncə Naxçıvanda 45 məktəb fəaliyyət göstərmişdi.(2000-ə yaxın şagir)və əhalinin 90%-ı savadsız idi.sovet dövründən sonra geniş şəkildə məktəblər təşkil olmuşdur və savadsızlıq ortadan qaldırılmışdır.2000-2001-ci ilin təhsilində 228 məktəb 63 min nəfər şagird təhsil alır və 9/9 min nəfər təhsil müəssisələrində fəaliyət göstərir.respublikada 104 uşaq bağçası, 26 müxtəlif maarifləndirici müəssisə, 14 idman və şahmat məktəbi mövcuddur.2000-2001-ci ildə 4 texnikum 1.284 nəfər tələbə ilə fəaliyyət göstərir.Naxçıvanın müəllimlər institunda”Cəlil Məmədqulizadə”, Azərbaycanın müəllimlər institunun bir bölümü və Naxçıvanın dövləti universiteti, 4.476 nəfər tələbə dərs oxuyur.bu ali təhsil ocaqlarında 623 nəfər fəaliyyət göstərir bunlardan 7-si doktorluq və 130 nəfəri isə magistrantdılar.Azərbaycanın elmlər akademiyasının bir bölümü olan ”Şamaxı astrofizik”rəsədxanası burada fəaliyyət göstərir.bu respublikada 10 musiqi məktəbi fəaliyyət göstərir.
295 kitabxana 2/4 milyon cild kitabla, 265 klup(o cümlədən 54 mədəniyyət evi), 4 muzey, dövlət musiqili teatri, dövlət rəqs asambili, Ordubadın və Naxçıvanın milli teatri və 189 film aparatı fəaliyyət göstərir.yazıçılar və jurnalistlər birliyi, Azərbaycanın rəssamlar cəmiyyətinin bir şöbəsi buradadır.
§  Mətbuat, Radio və Televiziya
Ordubadda “Nuh Yurdu”, “Şərur Səsi”(1930-cü ildən Babək rayonunda), “El Həyatı”(Ordubadda), “Arazın Səsi”(Culfada), “Oğuz Səsi”(Şahbuzda), “Oğuz Yurdu”(Sədərəkdə) adlı qəzetlər nəşr olunur.Naxçıvanın məhəlli radiosu 1931-ci ildən və televiziyası 1965-ci ildən fəaliyyətə başlamışdır.Bakı və Moskvanın radio və televiziya proqramları bu respublikada yayınmaqdadır.
§ Mədəni Əlaqələr
Bu sahədə Türkiyə daha adımlar atıb, o cümlədən Naxçıvanlı öyrəncilərin Türkiyə göndərilməsi, onlara təhsil bursunun veilməsi, eyni zamanda Türkiyədə nəşr olunmuş qəzetlər, “Hürriyyət” və”Aydın”, bu respublikada nəşr olunması.
İran İslam Respublikası pantürkism fikirlərin yayılmasının qarşısını almalıdır.Türkiyə telekanallarını gücləndirməklə Naxçıvana müxtəlif saatlarda proqramlar yayır və bu verilişlərin əksəriyyəti reklam, dinə və əxlaqa zidd proqramlardır.bu telekanalların bəzisi İranın sərhəd zonalarına da təsir göstərir.
§ Naxçıvanın Geopolitik Mövqeyi
Naxçıvan iki yerə ayrılmış ölkələr kimi(müasir dövürdə şərqi və qərbi Pakistan)ana torpağından ayrı olduğu üçün böyük problemlə yaşayır.şuralar hakimiyyəti dövründə Naxçıvan və Azərbaycanın əlaqəsi Ermənistanın vasitəsi ilə idi və bütün respublikalar- muxtar respublikalar və sovetin muxtar vilayətləri-“Sovet birliyi”adlı dövlətə tabe idi.siyasi vəziyyətə görə bir problemlə rastlaşmadılar.ancaq Sovet hakimiyyəti dağıldıqdan sonra respublikalar mustəqil olduqdan sonra və Qarabağ məsələsində Azərbaycanla Ermənistan arasında münaqişə yaradığı zamandan bəri Naxçıvanla Azərbaycanın birbaşa coğrafi əlaqəsi yoxdur.
Naxçıvan muxtar şəklində idarə olunmasına əsas səbəb coğrafi mövqeyə görədir.buna görə Naxçıvanın müstəqil parlamenti və konstitusiyası var.və siyasi baxımdan demə olar ki, müstəqildir. Rus-Osmanlı müharibələrinə fikir versək, 20-ci əsrin əvvəllərində və birinci dünya savaşından öncə Osmanlı dövləti Azərbaycanın hamisi olduğunu iddia edib və türklər Naxçıvana və Azərbaycana daha çox nüfuz ediblər. Məmmədəmin Rəsulzadənin başçılığı ilə 1918-dən 1920-ci illərə kimi demokratik Azərbaycan dövləti türklərin siyasi, iqtisadi və hərbi yardımı ilə təsis olunmuşdur.sovet hakimiyyəti yeni olduğu üçün və Orta Asiya və Qafqazın parçalanmasında təhlükə hiss etdiyi üçün Naxçıvanın muxtar şəkildə idarə olunmasına və Azərbaycana tabe olmasına(türkələr istəyinə uyğun idi)icazə verdi. Buna görə Moskvada “21 Mart”sazişinə əsasən Sovet dövləti və Türkiyənin millətçıləri arasında imzalanan bu sazişdə Naxçıvanın muxtariyyəti qəbul olundu.və 1922-ci ilin yanvar ayının 25-də muxar respublika təsdiqləndi.bu respublikanın ilk konstitusiyası 1926-cı ildə Naxçıvan və Azərbaycan parlamentləri tərəfindən təsdiqlədi.hətta 1813 və 1828-ci illərdə İran-Rus savaşlarında Naxçıvan Rusiya verildiyi zaman əhali çoxlu siyasi problemlərlə rastlaşmışdır.belə ki, 1298-cı ildə naxçıvanlıların əksəriyyəti İrana tabe olmaq istəmişdilər.
Sərhədlər
Geopolitik baxımdan Naxçıvanın sərhədləri daha həssas mövqeyə malikdilər.xüsusi ilə şimal sərhədləri güclü orduya ehtiyacı var, ancaq respublikanın iqtisadiyytı zəif olduğuna görə buna imkan yoxdur.bir müddət öncə beynəlxalq sərhədlərə Ruslar nəzarət etmişdir, hal-hazırda Azərbaycanlılar buraya nəzarət edir. Şimal və şərq sərhədlərində Ermənistan hündür ərazilərə sahib olduğuna görə cənub bölgələrinə daha yaxşı nəzarət edə bilər.
Şərq sərhədləri Naxçıvan Ermənistan arasında Zəngəzur dağlarıdır.bu dağların 3 min(m)ucalığı var.əslində bu zona etibarlı deyil.çünki uca dağlar sərhədçilərə problem yaradır.qərbdən Türkiyə ilə sərhəd uzunluğu az olmasına(11 m)baxmayaraq dünya türklərin birləşmə sərhədidir.əslində Ermənistan şərqdə (Azərbaycan və Orta Asiya)və qərbdə(Türkiyə) türklərə bir maneədir və Naxçıvanın mövqeyini təhlükəli edib.bir tərəfdən də Naxçıvan iki ideologiyanın toqquşma-İslam və Xristian-zonasıdır.beləliklə Naxçıvanın geopolitik mövqeyi daha da həssasdır.Naxçıvan Türkiyə sərhədində Araz çayının üstündə “Sədərək” körpüsü yerləşir.bu körpünün vasitəsilə Türkiyə siyasi və mədəni baxımdan Naxçıvana daha çox təsir edir.pantürkismlər daha çox bu sərhədə ümid ediblər.halbuki, xalqın əksəriyyəti cənuba, İrana fikir verirlər.Türkiyə məzhəb baxımdan Naxçıvanın Şiə xalqına maraqlı deyil.əksinə olaraq İran həm tarix, həm də məzhəb baxımdan Naxçıvanlılara daha çox əhəmiyyətlidir.
İran-Naxçıvan sərhədi, respublikanın ən uzun sərhədi cənubdadır(163 km).iqtisadi blokanı aradan qaldırmaq üçün xalqın ümid yeri bu sərhəddir.bu sərhədin gepolitika baxımdan əhəmiyyəti çoxdur.buna görə 9/10/70(1991)-ci ildə İran-Naxçıvan arasında olan sərhəd meneələri Naxçıvan xalqı tərəfindən qaldırıldı.
Bu sərhəddə Poldəştin “Sənəm Bulağı” körpüsü( uzunluğu 60 m və eni 7 m) yaradılıb.İranın Poldəştində “Sənəm Bulağı”nı Naxçıvanda yerləşən “Şah Taxtı”ya bağlayır. 
§ Naxçıvanın siyasi gələcəyi
Naxçıvanın strategiyasını nəzərə alsaq, siyasi və hərbi baxımdan müstəqil olması hiss olunur.buna görə də məhəlli müəssisələr güclənib və Azərbaycandan tələbat azalıb, o cümlədən 21/10/71(1992)-ci ildə Naxçıvanın məclisi bu respublikanın siyasi müstəqilliyini və müdafiəsini gücləndirmək üçün Sovet dövründən qalmış ordu ehtiyatlarını milliləşdirdi.
21/4/71-ci ildə Naxçıvanın məclisi İslam dinini rəsmi din elan etdi.beləliklə birinci dəfə olaraq Naxçıvan muxtar respublikasında İslam dini rəsmi din elan olundu.
Qonşu ölkələrlə siyasi əlaqə olmadan Naxçıvanın siyasi gələcəyi ola bilməz.Naxçıvan respublikası şərq və şimaldan Ermənistanla cənubdan isə İranla(ən uzun sərhədi var) qərbdən isə Türkiyə ilə(coğrafi baxımdan əhəmiyyəti olmayan və geopolitik baxımdan əhəmiyyəti çoxdur) həmsərhəddir.
Türkiyə çalışır ki, Naxçıvanın bütün orqanlarına nüfuz etsin.ermənilər bu məsələdən narazıdılar.dəfələrlə çalışıblar ki, Türkiyə-Naxçıvan sərhədini işğal etsinlər və iki ölkənin əlaqəsini kəsinlər.1994-cü ildən öncə(atəşbəs imzalanmadan öncə) ermənilər dəfələrlə Sədərəyə hücum etdilər, ancaq türklərin xəbərdarlığına görə mövqeləri dəyişdilər.çünki yeni müstəqil olmuş ermənistanın daxili, siyasi və iqtisadi problemlərindən başqa Qarabağ münaqişəsilə də məşğul idi. Qarabağ münaqişəsi dünya böhranına çevrilib.buna görə də Türkiyə nüfuzunu Naxçıvanda çoxatmaqdadır.
Naxçıvanda Türkiyə konsulu, İzmirin və İstanbulun siyasi nümayəndəlikləri fəaliyyət göstərir və bu türklərin nüfuzu çoxaldır.
Türkiyənin niyyətinə baxmayaraq İranın geopolitik mövqeyi daha güclüdür.İran İslam Respublikasının gördüyü işlər Naxçıvanın marağını artırıb.belə nəzərə gəlir ki, Türkiyə İran qədər Naxçıvanın geopolitikasına təsir edə bilməyəcək.Naxçıvanla Azərbaycanın əlaqələri, hətta tam şəkildə müstəqil olsa da, İranın vasitəsilə olur və bu məsələ İran üçün dəyərli geopolitikadır.halbuki, Türkiyənin Azərbayvanla coğrafi bitişikliyi yoxdur.
əslində İranın Naxçıvan və Azərbaycanla coğrafi əlaqəsi, İranın mövqeyini möhkəmləndirir və əhəmiyyətini çoxaldır.
Qaynaqlar
-          Nakhchivan Mukhtar Rispoblikasi , Azerbaijan Milli Elmlar Akademiyasi Rayasat Heyati , Baki .Elm, 2001
-          Azerbaijan sovet Ensiklopediyasi , Baki 1983
-          AZERBAIJAN IN FIGUREs 2007 , The state statistical committee of the Repoblik of Azerbaijan .
-          AZERBAIJAN Statistical mYearbook 2007 , The state Statestical committee of the Repoblik of Azerbaijan, Baki 2007
-          Damirqayayev ,S.Goycayli , Azerbaijan Sosial – Iqtisadi jofpqrafiyasi , Baki 1993
-           
 
Çıxarışlar  
3-      Bbc.co.uk/persian/iran/story/2005/12/051220
 
  • Yazılıb
  • da (də) 2008 Nov 29