Haqqımızda
Dünyanın ən qədim mədəniyyət ocağı olan Qafqaz, Mazəndəran və Qara dənizin arasında yerləşib və İran, Türkiyə, Rusiya ilə ortaq sərhədi var.bu bölkə, Avropanı İranla, Orta Asiya və Asiyanın dərinliyi ilə əlaqələndirir və buna görə də həmin bölgə "Asiyanın Darvazası"adlandırılmışdır. Rusiya hakimiyyəti bir əsrdən çox zəngin tarixi və mədəniyyəti olan Qafqaz xalqlarını əsarətdə saxlayaraq, bu ərazini bir əyalətinə çevirmişdir və burada çoxlu dəyişikliklər etmişdir. 50-dən artıq müxtəlif tayfaların yaşadığına görə, Qafqazı "Tayfalar mozaiki" adlandırmaq mümkündür. Bu tayfaların din, mədəni, ictimai və dil çeşdiyinə görə, bu ərazidə xüsusi bir vəziyyət yaranıb. 1999-cu ildə dünyada baş vermiş 28 müharibədən 19 müharibə ölkələrin daxilində və dövlətlərin əleyhinə olub.bu arada 15 müharibə muxtariyyət və mustəqillik uğrunda yaranıb.Qafqazda müstəqillik uğrunda baş vermiş 4 müharibə səbəb olub ki, keçmiş on ildə bu ərazi dünyanın bohranı bölgəsi hesab edilsin.1999-cu ildə müharibələrin 13% burada baş veribdir. bu bölgə(e.ə)İrana aid idi.640-cı ildə müsəlmanlar Qafqazı işğal etmişdilər.Səfəvi hakimiyyəti dövründə məzhəb və din bu ərazidə geniş şəkildə yayılmışdır.19-cu əsrdə İran-Rusiya arasında müharibə baş vermişdir.bu müharibənin nəticəsi olaraq, İran bir çox ərazisini Rusiya dövlətinə verdi(Gülüstan müqaviləsi).bir müddət sonra "Türkmənçay"müqaviləsi əsasında İran geniş ərazisini əldən verdi və bu ərazi Qafqazın məşhur 17 şəhəridir. Buna baxmayaraq ki, Qafqaz siyasi cəhətdən İrandan ayrılmışdır.bununla belə İran və Qafqaz arasında olan(kommunist hakimiyyətindən öncə) mədəni və dini əlaqələr davam etmişdir.amma 1917-ci ildə Kommunist inqilabından sonra Qafqaz və İran arasında olan əlaqələr kəsildi.20-ci əsrin sonlarında Sovet hakimiyyəti dağıldıqdan sonra bütün dünyada ifratçı millətçilik hərəkatı yarandı.Qafqazda, yeni müstəqilliyini əldə etmiş ölkələrdə də bu hərəkat təşkil olundu. Bu bölgədəki ölkələrin daxilində olan müxtəlif tayfalar arasında etnik və dil əsasında baş vermiş müharibələrdə, xarici ifratçı və millətçi dövlətlərin rolu olub.belə ki, yalan və təxribat mənşəli uydurma tarixi iddiaları mətbuatda, elmi, siyasi, mədəni yığıncaqlarda nəql etməklə bu savaşların davamına yardım ediblər. Şayəd bunu qəbul etmək çətindir ki, bu günlər bəzi ölkələr din, dil və etnik simvollara və miflərə meyl göstərməklə, ölkə daxilində siyasi və tarixi gərginliklərin yaranmasına səbəb olublar. Təəssüflər olsun ki, bu gün dünyada siyasi, mədəni sərhədlərin qaldırılması və beynəlxalq səviyədə əlaqələrin genişləndirilmə əsrində olduğumuza baxmayaraq, bəzi hərəkatlar və ölkələr bölgədə düşmənçilik hissi yaratmağa çalışırlar və öz milli mənafelərinə uyğun olaraq, hərəkət edirlər.buna görə də "MDB" ölkələri təşkil olduqdan sonra bəzi dünya ölkərində elmi mərkəzlər(C.I.S)təşkil edildi. bu ərazilər haqqında ixtisası və ümumi məlumatın olmadığına görə, bu mərkəz təsis edildi və burada ölkələrin mühum hadisələri araşdırılır. Informasiyalarda senzura və güclü nəzarətin olduğuna görə(Sovet hakimiyyəti dövründə)bu zəngin mədəniyyət dəmir qapların arxasında saxlanmışdır. ARAN AGENTLİYİ: Qeyri-dövləti bir orqandır və "Aran Beynəlxalq Mədəni Araşdırmalar Mərkəzi"nə tabedir.bu həssaslıqları-Qafqaz bölgəsinin tarixini düzgün şəkildə tanıtmaq məqsədi ilə, bu ərazinin tarixinin təhrif edilməsinin qarşısını almaq üçün, Türkiyənin coğrafıya ələqəsini, bu bölgənin Rusiyaya əhmiyyəti, Qafqaz coğrafiyasına və İranın siyası coğrafiyasına, qonşu və ətraf ölkələrin təsirini-nəzərə alaraq, bu agentlik jurnalistlərin, elmi tədqiqat mərkəzlərin, alimlərin və... əməkdaşlığı nəticəsində 1386(2007)-cı ilin tir ayında eksperimental şəkildə öz fəaliyyətini başlayıb.bu mərkəzin məqsədi neçə min illik ortaq dini, mədəni, tarixi, incəsənət və ədəbiyyatı olan bu ölkələri yenidən əsil İran mədəniyyəti ilə qovuşdurmaq və xalaqların arasındakı əlaqələri genişləndirməkdir.bu agentliyin əməkdaşları inanırlar ki, bölgədəki xalqların mədəni və dini-milli varlıqlarını yenidən bərpa ediləcəkdir.ictimaiyyətin, siyasətin, iqtisadiyyatın və mənəviyyatın inkişafı və bölgədə sülh və əmniyyət təmin olacaqdır. Bu istiqamətdə bütün alimləri, jurnalistləri, müəllimləri, tədqiqatçıları və tələbələri əməkdaşlığa dəvət edirik.